16:16 05-04-2011
news_image
1138
DÖYÜŞ NÖVLƏRİ

AİBA boksçuları soyundurur

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) idmançıların geyimində dəyişiklik etməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, qurum öz bayrağı altında keçirilən yarışlarda başa taxılan qoruyucu şlemdən imtina etmək fikrindədir. Çox güman ki, bu 2012-ci ildə baş tutacaq London Olimpiadasından sonra baş verəcək.

AİBA Olimpiya Oyunlarında yeni hakimlik sistemini isə tətbiq edib. Bu ilk dəfə Londonda həyata keçiriləcək. Belə ki, döyüş zamanı şübhəli manipulyasiyaların yol verilməsi tam istisna olunacaq. Hər bir hakimin qərarları döyüş protokollarında yazılı şəkildə qeyd ediləcək.