15:34 06-04-2011
news_image
1673
STOLÜSTÜ OYUNLAR

Federasiya prezidenti ad günü hədiyyəsini məcburiyyətdən satdı - FOTO

1972-ci ildə Robert Fişerin Boris Spasskini məğlub etdiyi 3-cü matçın şahmat lövhəsi satılıb. Apasport.az saytının məlumatına görə, Nyu-Yorkda keçirilən auksionda adının açıqlamasını istəməyən həvəskar bu lövhədən ötrü 76 min 275 dollarından keçib. O, bunu aldığı üçün sevincini də gizlədə bilməyib.

Çünki II oyuna gəlməyən Fişer növbəti görüşə 0:2 hesabı ilə geridə başlayıb və bu dəfə qələbə qazanıb. Oyun “Laugardalshöll” teatrının səhnəsinin arxasında keçirilib. Buna səbəb isə Fişerin əsas zalda qayda pozuntularından şikayət etməsi olub.

Matçdan sonrakı il İslandiya Şahmat Federasiyası bu lövhəni şahmat dəsti ilə birgə federasiya prezidenti Qudmunduru Törarinssonunun ad gününə hədiyyə etməyi qərara almışdı. O vaxt bu qərar mübahisələrə səbəb olmuşu. Bəzi adamlar hesab edirdi ki, lövhə Milli Muzeyə təhvil verilməlidir. Lakin bu qərar dəyişdirilməmişdi.

İndi isə federasiya prezidenti bu lövhəni fiqurlarla birgə auksionda satıb. O, bunu çətin maddi durumu ilə əlaqələndirib. Böhran nəticəsində onun ödənilməyən kreditinin miqdarının artdığından bu yolu seçdiyini deyib.