16:09 06-04-2011
news_image
1014
DÖYÜŞ NÖVLƏRİ

İdmançımız Dünya Oyunlarında yarımfinala çıxmaqdan imtina etdi

Türkiyənin Antalya şəhərində keçirilən paralimpiyaçılar arasında Dünya Oyunlarında Azərbaycan yığması daha 1 medal qazanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə cüdoçumuz fəxri kürsüdə yer alıb.
Belə ki, 60 kq çəki dərəcəsində çıxış edən Ramin İbrahimov yarışı bürünc medalla başa vurub. Onunla eyni çəkidə mübarizə aparan Nurlan İbrahimov isə ilk döyüşünü uduzduğundan, iştirakını vaxtından əvvəl dayandırıb.

66 kq çəkidə Bayram Mustafayev isə yarımfinala yüksəlsə də, bu mərhələdə döyüşdən imtina edib. Buna səbəb onun zədə alması olub. Nəticədə həmyerlimiz 5-ci yerlə kifayətlənib. Bu çəkidə dərəcəsində İlkin Alışov 7-ci yeri tutub.

Qeyd edək ki, İbrahimovdan öncə Vladimir Zayets qızıl, Oleq Pantyutin isə gümüş medala sahib olmuşdu. Digər idmançılarımız isə yarışda çıxışlarını davam etdirirlər.