16:21 06-04-2011
news_image
1281
STOLÜSTÜ OYUNLAR

SOCAR İsrailə gedəcək

Avropa Şahmat İttifaqı növbəti qitə miqyaslı yarışlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 8-18 yaşlı zəka sahibləri arasında birincilik Çexiyanın paytaxtı Praqaya həvalə edilib. Bu yarış 2012-ci ildə keçiriləcək.

Növbəti il sonra Çexiya daha bir mötəbər yarışa ev sahibliyi edəcək. 2013-cü ildə komandalararası Avropa çempionatı Varşavada baş tutacaq.
Klublararası qitə birinciliyini isə İsrail keçirəcək. 2012-ci ildə olacaq yarış Eylat şəhərində təşkil ediləcək.

Qeyd edək ki, bu yarışların hər 3-də Azərbaycan şahmatçıları da qüvvələrini sınayacaqlar. Çexiyada milli komanda ilə, Eylatda isə Bakının SOCAR klubu ilə təmsil olunacağıq.