16:40 08-04-2011
news_image
1480
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires” Avropaya üz tutur

WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubu növbəti mövsümdən Avropa zonasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, bu haqda komandanın baş meneceri Rizvan Gənciyev məlumat verib.

Onun sözlərinə görə, ötən il yarışa gec qoşulduqlarından, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) Asiya zonasında iştiraklarını məqsədəuyğun sayıb: “Asiyada komandaların sayı çoxalıb. Biz ötən il yarışa bir qədər gec qoşulduq. Əslində coğrafi baxımından Avropada yerləşirik. Buna görə də növbəti mövsüm bu zonada iştirak edəcəyik. Məsələ 90 faiz həllini tapıb”.

Gənciyev Avropada yarışmağın daha faydalı olduğunu qeyd edib: “Yeni mövsümdə Avropada 6 komanda mübarizə aparacaq. İlk dəfə keçirilən WSB layihəsi müsbət nəticə verib. Növbəti mövsümdə Avropada çıxış edəcəyimizdən, Rusiya, Almaniya, İtaliya və hazırda yarımfinalda rəqibimiz olan Fransa kimi güclü rəqiblərlə görüşmək imkanımız olacaq”.

Qeyd edək ki, “Baku Fires” Asiya zonasında 1-ci yeri tutaraq, yarımfinalda Fransanın “Paris United” klubu ilə sabah evdə ilk görüşünə çıxacaq.