08:45 11-04-2011
news_image
1023
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız beynəlxalq turnirin qalibi oldu

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq Bakı turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları ilə bərabər,Türkiyə, Rusiya, İran və Gürcüstanın yeniyetmə cüdoçuları qüvvələrini sınayıblar.

Turnir milli komandamız üçün uğurlu olub. Belə ki, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan sayca 34-cü yarışı cüdoçularımız 12 qızıl, 11 gümüş və 20 bürünc medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan yığması bu nəticə ilə komanda hesabında I yeri tutub. Türkiyə idmançıları II, Gürcüstan isə III olub.