14:11 11-04-2011
news_image
1159
DİGƏR NÖVLƏR

Snayperlərimiz düz atmırlar

Koreyanın Çanqvon şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, 2 idmançı ilə qatıldığımız London-2012-yə lisenziya xarakterli yarışda snayperlərimiz hələ də medal həsrətindədirlər.

Belə ki, yığmamızın baş məşqçisi və aparıcı üzvü İradə Aşumovanın ilk gülləsi boşa çıxıb. O, 25 metr məsafəyə atəş açmaqda 40-cı yeri tutub.

Ondan fərqli, Ruslan Lunyov 2 dəfə hədəf önünə keçib və hər 2-də müxtəlif nəticə göstərib. 10 metr məsafədən hədəfi nişan almaqda 20-ci olan həmyerlimiz, 50 metr məsafəyə atəşaçma yarışlarında 66 snayper arasında 63-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Aşumova və Lunyov bir daha Asiya ölkəsində “sakitliyi” pozacaqlar. Afina-2004-ün bürünc mükafatçısı sabah (10 m), onun oğlu isə aprelin 13-də (25 m) yenidən nə qədər sərrast olduqlarını yoxlayacaqlar.