14:40 11-04-2011
news_image
1334
DÖYÜŞ NÖVLƏRİ

“Respublika günündə Azərbaycana lisenziya hədiyyə edəcəyəm” - MÜSAHİBƏ

WSB liqasında mübarizə aparan “Baku Fires” klubunun ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidovun (+91 kq) apasport.az saytına müsahibəsi

- Mayın 28-də Çinin Quiyanq şəhərində italiyalı Klemente Russo ilə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli döyüş keçirəcəksiniz. Bu günün Azərbaycan üçün hansı əhəmiyyət kəsb etdiyini bilirsinizmi?
- Xeyr. Açığı, bilmirəm. Hansı gündür?

- Respublika günü.
- Bu, lap yerinə düşdü. Qələbə qazanacağam, Azərbaycan xalqına hədiyyə olacaq. Ölkəniz üçün olimpiadaya lisenziya əldə edəcəyəm.

- Buna söz verirsiniz?
- Əlbəttə, başqa variant yoxdur. Yalnız qələbə!

- Yəqin ki, sizinlə birgə lisenziya döyüşünə çıxacaq Sultan Migitinov da belə fikirləşir...
- Əlbəttə. Onun da qalib gəlmək şansı var. Fikrimcə, o da qələbə qazanacaq.

- Rəqibiniz haqda hansı məlumatınız var?
- Bilirəm ki, italiyalı Klemente Russo 2007-ci il dünya çempionatında qızıl, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Güclü boksçudur. Bunu qrup mərhələsində hamıdan çox xal toplaması da təsdiqləyir.

- Siz ayrı-ayrılıqda hazırlaşacaqsınız, yoxsa birgə?
- Birlikdə hazırlaşacağıq. Hər şey rəhbərliyin qərarından asılı olacaq. Ola bilsin, rəhbərlik bizi ABŞ-a təlim-məşq toplantısına göndərsin. Baxarıq, hələ vaxtımız var.

Tahir HÜMMƏTOV