11:26 12-04-2011
news_image
1167
DİGƏR NÖVLƏR

Yenə lisenziyasız

Koreyanın Çanqvon şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokunda Azərbaycan yığmasının baş məşqçisi və aparıcı üzvü İradə Aşumova çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, bu gün 10 metr məsafəyə atəşaçma yarışlarında hədəf önünə keçən Afina-2004-ün bürünc mükafatçısı yenə də əlini “əsdirib”.

Belə ki, 25 metr məsafəni nişan almaqda 40-cı yeri tutan snayperimiz bu dəfə 39-cu olub. Nəticədə o, London-2012-yə lisenziya xarakterli yarışı bu dəfə də vəsiqəsiz başa vurub.

Qeyd edək ki, sabah bu turnirdə son ümidimiz olan Ruslan Lunyov 25 metr məsafəyə atəş açacaq.