12:29 12-04-2011
news_image
1314
DÖYÜŞ NÖVLƏRİ

“Rəqibin kimliyindən asılı olmayaraq, bizə güləşmək lazımdır”

“Rəqibin kimliyindən asılı olmayaraq, bizə güləşmək lazımdır. Komandamızın uğurlu çıxışına ümid bəsləyirəm”. Bunu apasport.az saytına açıqlamasında sambo üzrə Azərbaycan millisinin baş məşqçisi Mübariz İbrahimov deyib.

Aprelin 15-17 Çexiyanın paytaxtı Praqada yeniyetmə və gənclər arasında Avropa çempionatı keçiriləcək. Yığmamız bu yarışda 16 samboçu ilə təmsil olunacaq. İbrahimovun sözlərinə görə, artıq qitə birinciliyi ilə bağlı keçirdikləri təlim-məşq toplanışını yekunlaşdırırlar: “Bu uşaqlar əsas yığmamızın ehtiyatı hesab edilirlər. Hazırlıqda özlərini yaxşı tərəfdən göstərməyi bacarırlar. Onlara ümid böyükdür. Məşqlərimizi yekunlaşdırıb, aprelin 14-də birbaşa çəki mərasimi günü səfərə yollanacağıq. İnanıram ki, Çexiyadan uğurlu nəticə ilə dönəcəyik”.

Qeyd edək ki, İbrahimov yeniyetmələrin yarışında Hüseyn Eyvazzadə (48 kq), Nəsimi Umbayev (52 kq), Pərviz Şükürov (56 kq), Fərid Mikayılov (60 kq), Fariz Səfərov (65 kq), Fərid Hümbətli (70 kq), Elmuraz Qasımov (75 kq), Əbdülhəq Rəsullu (81 kq), Fəqan Şəkərəliyev (87) və Andrey Fətiyevə (+87) şans verəcək. Gənclərin mübarizəsində isə xalçaya Kənan Bünyatov (48 kq), Kazım Babayev (52 kq), Orxan Allahverdiyev (62 kq), Zülfüqar Quliyev (74 kq), Azər Ağayev (82 kq) və Seymur Heydərov (90 kq) döşəyə çıxacaqlar.