10:57 13-04-2011
news_image
1129
DİGƏR NÖVLƏR

Lunyov 24-cü oldu

Koreyanın Çanqvon şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın son günündə hədəf önünə keçən Azərbaycan yığmasının üzvü Ruslan Lunyov ənənəsinə sadiq qalıb.

O, London-2012-yə lisenziya xarakterli son turnirlərdə olduğu kimi, bu dəfə də mükafatçılar sırasında yer ala bilməyib. Ruslan 25 metr məsafədən atəşaçmada 571 xal toplayıb ki, bu da 24-cü olmağı ilə nəticələnib.

Qeyd edək ki, Lunyov 50 metr məsafəyə atəşaçma yarışlarında 66 snayper arasında 63-cü yeri tutmuşdu.