11:43 13-04-2011
news_image
1065
STOLÜSTÜ OYUNLAR

Vladimir Kramnik Azərbaycana qarşı oynamayacaq

Çinin Ninbo şəhərində şahmat üzrə kişilər arasında keçiriləcək dünya çempionatının başlanma vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da iştirak edəcəyi mundial iyulun 16-da start götürəcək.

Lakin həmin gün yalnız açılış mərasimi nəzərdə tutulub. İlk turun matçları iyulun 17-də oynanılacaq. 9 turdan ibarət yarışın qalibi isə iyulun 25-də müəyyənləşəcək.

Bu arada dünya çempionatında ev sahibi kimi iştirak edəcək Çin milli komandası heyətini açıqlayıb. Onlar yarışda Vanq Yue, Vanq Hao, Li Çao b, Yu Yanqyi və son ölkə çempionu Dinq Lirenə güvənəcəklər.

Rusiya yığması isə Asiyaya tam heyətlə yollana bilməyəcək. Dünya çempionu Vladimir Kramnikin Azərbaycan milli komandasına qarşı oynamayacağı dəqiqləşib. Bundan sonra Rusiya yığmasının kapitanı Yevgeni Bareyev Çində mübarizə aparmaq üçün 7 namizədin olduğunu açıqlayıb. Bunlar Aleksandr Qrişuk, Sergey Karyakin, Yan Nepomnyaşi, Yevgeni Tomaşevski, Nikita Vityuqov, Petr Svidler və Vladimir Potkindir.

Qeyd edək ki, dünya çempionatında Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar.