11:24 15-04-2011
news_image
2144
DÖYÜŞ NÖVLƏRİ

2 həmyerlimiz “Qalatasaray”la müqavilə imzalamağa yollanır

Azərbaycan yığmasının cüdoçusu Kifayət Qasımova daha 1 il karyerasını “Qalatasaray” klubunda davam etdirməyə qərar verib. Bu barədə apasport.az saytına məlumatı idmançının özü verib.

Onun sözlərinə görə, artıq müqavilənin şərtləri razılaşdırılıb və yalnız buna imza atmaq qalıb: “Düzdür, arxada qalan 1 ildə də bu komandanın şərəfini qorudum. Lakin əvvəlki turlarda işimiz yaxşı getsə də, sonda Avropa çempionatının finalına yüksələ bilmədik. Buna baxmayaq, İstanbul klubu yenidən mənimlə Ramilə Yusubovanı heyətində görmək arzusundadır. Bunun üçün artıq danışıqlar yekunlaşıb. Müqaviləyə yalnız imza atmaq qalıb ki, onu da yığma ilə Türkiyəyə yollandıqda reallaşdıracağıq”.

Qeyd edək ki, cüdo üzrə milli komandamız aprelin 18-də Avropa çempionatında iştirak etmək üçün Türkiyəyə yollanacaq.