16:38 15-04-2011
news_image
1185
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub. APA-nın məlumatına görə, beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanıb. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaq.

Kompleks bu ilin sonunadək təhvil veriləcək.

Prezident görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib.