17:15 15-04-2011
news_image
1047
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionatında iştirak edəcək yığmalarımızın heyəti açıqlandı

Taekvondo üzrə milli komandamız mayın 1-6-da Koreyada dünya çempionatına hazırlıqları başa vurmaq üçün artıq yarışın keçiriləcəyi Gyencju şəhərinə yola düşüb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız məşqlərdən əlavə, təcrübəli yerli klublarla yoxlama görüşləri də keçirəcəklər.

Dünya çempionatına gəlincə, kişilər arasında yarışda ölkəmizi Samir Aydınov (54 kq), Ziya Qasımov (58 kq), Fariz Əliyev (63 kq), İlkin Şahbazov (68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Təvəkkül Bayramov (87 kq) Aydın Bəhməlov (+87 kq) təmsil edəcək. Qadınların mübarizəsində isə Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Nigar Hacıyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Vonkyuq Kim (67 kq), Yelena Abbasova (73 kq) və Fəridə Əzizova (+73 kq) iştirak edəcəklər.

Taekvondoçularımız Koreyada hazırlığı seçmə komandanın baş məşqçisi Ələkbər İmaməliyevin, məşqçilər Conq Conqbay, Elnur Amanov və Niyaməddin Paşayevin, həmçinin Sunmi Parkın rəhbərliyi ilə davam etdirirlər.

Qeyd edək ki, yarışdan əvvəl Dünya Taekvondo Federasiyasının Baş Assambleyası və İdarə Heyətinin toplantısı, eləcə də Taekvondo üzrə Beynəlxalq Elmi Simpozium keçiriləcək.