23:01 18-04-2011
news_image
1294
DÖYÜŞ NÖVLƏRİ

Praqa zəfəri

Çexiyanın paytaxtı Praqada sambo üzrə keçirilən yeniyetmə və gənclər arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, birinciliyə 16 idmançı ilə qatılan Azərbaycan milli komandası 10 medala sahib olub.

Belə ki, yeniyetmə samboçuların mübarizəsində bütün rəqiblərinin kürəyini yerə vuran Fərid Mikayılov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli, həlledici mərhələdə rusiyalı idmançıya uduzan Hüseyn Eyvazzadə (48 kq) gümüş medalla kifayətlənib. Milli komandamızın digər üzvləri - Pərviz Şükürov (56 kq), Fərid Hümbətli (70 kq), Əbdülhəq Rəsullu (81 kq) və Andrey Fətiyev (+87) üçüncü nəticəni göstəriblər.

Gənclərin yarışında isə Azər Ağayev (82 kq) gümüş, Kənan Bünyatov (48 kq), Kazım Babayev, (52 kq) və Zülfüqar Quliyev (74 kq) isə bürünc medala seviniblər.

Qeyd edək ki, yığmamız səfərə baş məşqçi Mübariz İbrahimovun rəhbərliyi altında yollanmışdı.