08:43 19-04-2011
news_image
1060
STOLÜSTÜ OYUNLAR

Ən yaxşı nəticəmiz 15-ci yer oldu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 5 zəka sahibi ilə təmsil olunan Azərbaycan milli komandasının heyətində ən yaxşı nəticəni Qədir Hüseynov göstərib. 9 oyundan 6,5 xal toplayan qrossmeysterimiz 166 şahmatçı arasında 15-ci yeri tutub.

Turniri 5,5 xalla başa vuran Sərxan Quliyev, Nicat Məmmədov və Loğman Quliyev əlavə göstəricilərə görə müvafiq olaraq, 35, 41 və 49-cu pillələrdə qərarlaşıblar. 9 matçdan cəmi 5 xal yığan Orxan Abdulov isə 59-cu olub.

Qeyd edək ki, yarışın qalibi adını 7,5 xalla hindistanlı Qupta Abhicit qazanıb.