12:45 19-04-2011
news_image
2627
DÖYÜŞ NÖVLƏRİ

Baş məşqçi: Azərbaycan yığması bütün ölkələr üçün ciddi rəqibdir

“Biz Praqada yeni tarix yazmasaq da, yeni nailiyyət əldə etdik. Çünki Azərbaycan yığması bütün ölkələr üçün ciddi rəqibdir”. Bu sözləri apasport.az saytına açıqlamasında sambo üzrə Azərbaycan millisinin baş məşqçisi Mübariz İbrahimov deyib.

İbrahimov dünən Çexiyada başa çatan Avropa çempionatında idmançılarımızın çıxışından razı qalib: “Milli üzvləri əla çıxış etdilər. Mən onlardan razı qaldım. Səfər yollanmamışdan öncə də iddialı olduğumuzu bildirmişdim və samboçularımız da bunu doğrultdular. Düzdür, biz 1997-ci ildə komanda hesabında Avropa çempionu olmuşduq. 3 il öncə qitənin ən güclü “üçlüyü”nü qapamışdıq. Bu dəfə isə Avropa komandaları arasında 2-ci yeri tutduq. Yığmamızı yalnız ruslar qabaqladılar. Amma buna baxmayaraq, deyə bilərəm ki, Praqada uğur qazanan yeniyetmə və gənclərin hər biri gələcəkdə milli komandamızı gücləndirməyə qadirdirlər. Onların yaşı az olsa da, təcrübələri böyükdür. İnanıram ki, Avropa çempionatında iştirak edən heyətimizin ciddi uğurları hələ qarşıdadır”.

Qeyd edək ki, milli komandamız Praqada yeniyetmələr və gənclər arasında keçirilən Avropa birinciliyindən vətənə 10 medalla qayıdıblar.