16:28 19-04-2011
news_image
1086
STOLÜSTÜ OYUNLAR

Naxçıvana gələcək şahmatçıların sayı dəqiqləşdi

Naxçıvanda mərhum prezident Heydər Əliyevin xatirəsinə kişilər, qadınlar və veteranlar arasında keçiriləcək beynəlxalq turnirə qatılacaq şahmatçıların sayı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, aprelin 23-də start götürəcək yarışda Azərbaycanla yanaşı, Belarus, Macarıstan, Ukrayna, Özbəkistan, Gürcüstan, İspaniya, Rusiya, İsrail, Hollandiya və Çin şahmatçıları mübarizə aparacaqlar.

A və B kateqoriyaları üzrə təşkil ediləcək və 66 min 500 ABŞ dolları mükafat fondu olan turnirə ümumilikdə 56 zəka sahibi qatılacaq ki, onlardan da 34-ü həmyerlilərimiz olacaq. Qaliblərin adları 9 turun yekununa əsasən mayın 1-də müəyyənləşəcək.

Xatırladaq ki, Naxçıvana tanınmış qrossmeysterlərdən Vanq Yue (Çin), İvan Sokolov (Hollandiya), Fransisko Valyexo (İspaniya), Zoltan Almaşi (Macarıstan), İlya Smirin (İsrail) və başqaları mübarizə aparacaqlar.