23:04 19-04-2011
news_image
1052
DİGƏR NÖVLƏR

Avropa çempionatında 2 azərbaycanlı

Mayın 19-dan 23-dək Rusiyanın Volqoqrad şəhərində bilyardın sərbəst piramida növü üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Bilyard Federasiyasının baş katibi Firudin Ələsgərovun apasport.az saytına verdiyi məlumata görə, ölkəmiz AÇ-2011-də iki nəfərlə təmsil olunacaq. Bu cütlükdə kiy ustalarımızdan AÇ-2008-in gümüş mükafatçısı Seyhun Ağayevlə Seymur Məmmədov (AÇ-2005 və AÇ-2006-nin ikincisi) yer alıb.