00:41 23-04-2011
news_image
1337
STOLÜSTÜ OYUNLAR

Məşhur simalar Azərbaycana gəldilər

Bu gün Naxçıvanda mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş beynəlxalq şahmat festivalı start götürəcək. Apasport.az saytının xəbərinə görə, ümumi mükafat fondu 66 min 500 ABŞ dolları təşkil edəcək “Naxçıvan open-2011” turniri iki yarımqrupda baş tutacaq.

A qrupunda ELO əmsalı 2250-dən (qadınlar-2010) yuxarı və yaxud həmin rəqəmə bərabər olanlar, B qrupunda isə ELO əmsalı 2250-dən az olan şahmatçılar iştirak edirlər.

A turnirində iştirak edən 55 şahmatçıdan 32-si Azərbaycan təmsilçisidir. Macarıstanlı Zoltan Almaşi, ispaniyalı Fransisko Valyexo Pons, Çin idmançısı Van Yue, Azərbaycan şahmatçısı Eltac Səfərli, ukraynalılar Sergey Fedorçuk, Yevgeni Miroşniçenko, Anton Korobov, bolqarıstanlı Aleksandr Aleksandrov, niderlandlı İvan Sokolov, özbəkistanlı Anton Filippov, rusiyalılar Landa Konstantin, İvan Sokolov, Sergey Volkov, gürcüstanlı Mixeil Mçedlişvili, israilli İlya Smirin ən yüksək reytinqə malikdirlər.

B qrupunda isə 117 şahmatçı iştirak edəcək. Onların hamısı Azərbaycanın müxtəlif regionlarını təmsil edirlər.

Kişilər, qadınlar və veteranlar arasında iki mərhələdə İsveçrə sistemi üzrə keçiriləcək beynəlxalq turnir 9 turdan ibarət olacaq.