09:33 23-04-2011
news_image
1186
DİGƏR NÖVLƏR

“Papirus” və “Bill Klinton”la qazanılan uğur

Binə Atçılıq Mərkəzində keçirilən Heydər Əliyev kuboku beynəlxalq turnirinin ikinci gününün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının aparıcı çaparları fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.
Belə ki, milli komandamızın üzvləri - Gennadi Qasibeyazov “Papirus” ləqəbli atla, Camal Rəhimov “Bill Klinton” ləqəbli atla müvafiq olaraq, qızıl və gümüş medallara layiq görülüblər. Rusiya təmsilçisi Olqa Danilova isə “Vodka Lime” ləqəbli atla üçüncü olub.

Qeyd edək ki, konkur növü üzrə CSİ4* kateqoriyalı yarışda Azərbaycan, Rusiya, Bolqarıstan, Gürcüstan, Polşa, Moldova və Belarusdan olan 14 idmançı 28 atla mübarizə aparır. Sabah yekun vurulacaq turnirin ümumi mükafat fondu 261 min ABŞ dollarıdır.