12:11 23-04-2011
news_image
1221
DİGƏR NÖVLƏR

Gözlənilən uğursuzluq

Çinin paytaxtı Pekində stend atıcılığı üzrə keçirilən Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, London Olimpiadasına lisenziya xarakteri daşıyan turnirdə daha 1 snayperimiz mübarizəni dayandırıb.

Belə ki, Zemfira və Regina Meftahəddinovalar, eləcə də Nurlana Cəfərovanın uğursuz çıxışından sonra Emin Cəfərov da finala vəsiqə qazana bilməyib. Skit növündə hədəf önünə keçən idmançımız 117 xal toplayaraq 45-ci olub.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 28-də yekun vurulacaq.