10:58 25-04-2011
news_image
1116
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Avropa Kubokunda 3 medala sahib oldu

Cüdo üzrə Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa Rəşad Məmmədov və Rəşad Həsənovun rəhbərliyi altında 18 cüdoçu ilə qatılan Azərbaycan milli komandası vətənə 3 medalla qayıdıb.

İdmançılarımızdan ən yaxşı nəticəni 73 kq çəki dərəcəsində mübarizə aparan Firuddin Dadaşov göstərib. O, yalnız finalda ukraynalı Vitali Derevyankoya uduzaraq, gümüş medala layiq görülüb. Eşqin Məmmədov (55 kq) və Mixail Ananyev (66 kq) isə Avropa Kubokunu bürünc medalla başa vurublar.

Qeyd edək ki, komanda hesabında Azərbaycan yığması 11-ci olub.