14:19 27-04-2011
news_image
952
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov gümüş medal qazandığı turnirdən dəvət aldı

“Bazna Kings” turnirində iştirak edəcək şahmatçıların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyunun 11-22-də Rumıniyada baş tutacaq yarışa Azərbaycan milli komandasının lideri Teymur Rəcəbov da dəvət alıb.

Turnirdə həmyerlimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Hikaru Nakamura (ABŞ) və Liviu-Diter Nisipyanu (Rumıniya) mübarizə aparacaq.

Qeyd edək ki, ötən il keçirilən analoji yarışın qalibi adını Karlsen qazanmışdı. Rəcəbov gümüş və Boris Gelfand (İsrail) bürünc medala yiyələnmişdi.