09:11 02-05-2011
news_image
889
STOLÜSTÜ OYUNLAR

Korobov Naxçıvandakı şahmatçıları mat qoydu - FOTO

Naxçıvanda mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş beynəlxalq şahmat festivalına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 66,500 dollar mükafat fondu olan yarışın qalibi adını ukraynalı Anton Korobov (2647) qazanıb. O, 9 turun yekununa əsasən 7 xal toplayıb. Turnirin gümüş mükafatı Korobovdan 0,5 xal geri qalan Zoltan Almaşiyə (Macarıstan, 2719) qismət olub. İlk “3-lüyü” isə macarıstanlı zəka sahibi ilə eyni xal toplayan, lakin əmsallara görə ondan geri qalan ispaniyalı Fransisko Valyexo (2707) qapayıb.

Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni isə Qədir Hüseynov (2584) göstərib. O, 6 xalla 7-ci yeri tutub.

Qeyd edək ki, məşhur zəka sahiblərindən niderlandlı İvan Sokolov 4-cü, Çin idmançısı Van Yue 10-cu olublar.