00:51 05-05-2011
news_image
1210
STOLÜSTÜ OYUNLAR

Ağlar başlayır və...

Bu gün Rusiyanın Kazan şəhərində dünya şahmat tacına iddiaçıların görüşü başlayacaq. Apasport.az saytının xəbərinə görə, 8 qrossmeysterin mübarizə apardığı yarışın iştirakçıları arasında 2 həmyerlimiz də var.

Milli komandamızın liderlərindən Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov ilk oyunlarını ağ fiqurlarla keçirəcək.

I tur

Teymur Rəcəbov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya)
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Boris Gelfand (İsrail)
Qata Kamski (ABŞ) – Veselin Topalov (Bolqarıstan)
Levon Aronyan (Erçənistan) – Aleksandr Qrişuk (Rusiya)