09:01 06-05-2011
news_image

Azərbaycan dünya çempionatında çıxışını başa vurdu

Taekvondo üzrə Azərbaycan milli komandası Cənubi Koreyanın Gyonqju şəhərində keçirilən dünya çempionatında çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, yarışın son günündə yığmamızın ağır çəkili idmançıları döşəyə çıxıblar.

Lakin onlar da ümidləri doğrultmayıblar. Hər 2 taekvondoçumuz ilk döyüşündəcə mübarizəni dayandırıblar.

Kişilər

+87
Aydın Bəhməlov ilk görüşündə livanlı Hedari Əl Əliasla qarşılaşmalı olsa da, rəqibi döşəyə çıxmayıb. Nəticədə mübarizəsiz mərhələ adlayan həmyerlimiz Kouroş Rajoli (İran) ilə üz-üzə gəlib. Təəssüf ki, Bəhməlov ilk duelindən məğlub ayrılıb. Hesab 2:15 olarkən hakim görüşü saxlayıb və qələbəni rəqibə verib.

Qadınlar

+73
Bu çəkidə ölkəmizi təmsil edən Fəridə Əzizova da çıxışını qələbəsiz yekunlaşdırıb. İlk görüşündə özbəkistanlı Yevgeniya Kərimova ilə qüvvəsini sınayan təmsilçimiz 2:4 hesabı ilə uduzub.

Beləliklə, mundiala 16 idmançı ilə yollanan Azərbaycan yığması yarışı 1 bürünc medalla başa vurub. Taekvondoçularımızdan Ramin Əzizov (80 kq) bürünc medal qazanıb.