20:02 06-05-2011
news_image
2301
STOLÜSTÜ OYUNLAR

Rəcəbov Məmmədyarovun nəticəsini təkrarladı

Bu gün Tatarıstanın paytaxtı Kazanda dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsinin II oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycan yığmasının liderləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov növbəti oyunlarına çıxıblar.

Qrossmeysterlərimiz müvafiq olaraq, Vladimir Kramnik (Rusiya) və Boris Gelfanda (İsrail) qarşı qara fiqurlarla mübarizə aparıb və lövhədənilk oyunda olduğu kimi, yarım xalla ayrılıblar.


1/4 final mərhələsi: II oyun

II oyun

Vladimir Kramnik (Rusiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5 (ümumi hesab 1:1)
Boris Gelfand (İsrail) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5 (1:1)
Veselin Topalov (Bolqarıstan) - Qata Kamski (ABŞ) - 0:1 (0,5:1,5)
Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5 (1:1)

Qeyd edək ki, ilk oyun günündə bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb.