11:37 06-05-2011
news_image
968
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Hansı gedişdə səhv etdiyimi xatırlamıram

“Oyunun gedişində çox böyük üstünlüyə malik idim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov deyib.

Qrossmeysterimiz Kazanda dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsinin ilk matçında Boris Gelfandla (İsrail) heç-heçə etdiyi matça münasibət bildirib. Onun sözlərinə görə, üstünlüyü əldən verdiyi anı xatırlamır: “Sonradan hansı gedişdə səhv etdiyimi xatırlamıram. Nəticədə üstünlüyü əldən verdim və oyun heç-heçə yekunlaşdı”.

Qeyd edək ki, bu gün Gelfanda qarşı qara fiqurlarla oynayacaq Məmmədyarov analoji yarışa gürcü Elizbar Ubilavanın rəhbərliyi altında hazırlaşıb. 61 yaşlı mütəxəssis isə 1987-ci ildə Harri Kasparovla şahmat tacı uğrunda görüşdə Anatoli Karpovun məşqçilərindən biri olub.