09:09 09-05-2011
news_image

1 dəst medal və 5-ci yer

Bakıda keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verən turnirə 34 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 3 medala olub.

Belə ki, yığmamızın üzvlərindən ən yaxşı nəticəni Kifayət Qasımova göstərib. Bütün rəqiblərinə qalib gələn cüdoçumuz yarışı qızıl medal və 200 lisenziya xalı ilə başa vurub. Ondan fərqli, finalda uduzan Elxan Rəcəbli (81 kq) ikinci yeri tutub. Digər cüdoçumuz - Elxan Məmmədov isə bürünc medalla kifayətlənib.

Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan yığması komanda hesabında 5-ci olub. İlk pillə isə 2 qızıl və 2 gümüş medal qazanan Özbəkistan cüdoçularına qismət olub.