10:52 09-05-2011
news_image
1282
STOLÜSTÜ OYUNLAR

Qrossmeysterimiz Gelfanda məğlub olmasının səbəbini açıqladı

“İlk 3 oyundan sonra hesabda geridə idim. Bunun üçün hesabda tarazlıq yaratmaq üçün riskli oynadım”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

Kazanda dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsində Boris Gelfandla (İsrail) dueldən məğlub ayrılan zəka sahibimiz mərhələ adlaya bilməməsinin səbəblərini açıqlayıb: “Gelfanda qalib gəlməyə cəhd etdim və bu, çox çətin idi. Nəticədə rəqibim layiqli qələbə qazandı. Müxtəlif gedişlərə əl atsam da, heç nə alınmadı. Bunun da əsas səbəbi 6 aydır güclü turnirlərdə iştirak etməməyimdir. Hər şey bitsə də, dünya tacını qazanmağı yenə də arzulayıram”.

Qeyd edək ki, Məmmədyarov 4 oyunun yekununa görə Gelfanda 1,5:2,5 hesabı ilə uduzub.