11:35 09-05-2011
news_image
1146
STOLÜSTÜ OYUNLAR

Dünya Kubokunda 5 şahmatçımız mübarizə aparacaq

Azərbaycan şahmatçısı Vüqar Həşimov Xantı-Mansiyskdə keçiriləcək Dünya Kubokuna dəvət alıb. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz avqustun 25-dən sentyabrın 18-dək təşkil ediləcək yarışda ölkəmizi təmsil edəcək.

Onunla yanaşı, bu mötəbər turnirdə digər zəka sahiblərimiz - Namiq Quliyev və Rauf Məmmədov da mübarizə aparacaqlar.

Qeyd edək ki, FİDE-nin reytinqində ilk “20-lik”də yer alan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun da Xantı-Mansiysk keçiriləcək turnirə qatılacağı gözlənilir.