10:21 10-05-2011
news_image
1208
STOLÜSTÜ OYUNLAR

Rəcəbov saatın qurbanı olub?

Rusiyanın Kazan şəhərində keçirilən dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsinin tay-brek oyunu zamanı problem yaşanıb. Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun rusiyalı Vladimir Kramniklə oynadığı matçda baş verib.

Belə ki, II blits oyununda gözlənilməz vəziyyət yaranıb. Şahmatçıların hərəsi 60 gediş etdikdən sonra hakimlər onların saatlarının nasaz olduğunu aşkar ediblər. Bu zaman Kramnikin 21 saniyə, Rəcəbovun 12 saniyə vaxtı qalıbmış. Vəziyyət isə praktiki olaraq, heç-heçə kimi görünsə də, görüş belə başa çatmayıb. Əvvəlcə oyun dayandırılıb. Çünki həmin zaman I blits oyununda həmyerlimizin qələbəsi ilə nəticələndiyini üçün onun yarımfinala çıxması daha inandırıcı idi. Rəcəbov, həmçinin II oyunda rusiyalı şahmatçının həmlələrini də səylə dəf edirdi.

Lakin məcburi fasilədən sonra oyunu davam etdirmək qərara alınıb. Rəcəbov bu an demək olar ki, həlledici səhvə yol verib. Beləliklə, Kramnik yarışı tərk etməkdən yaxa qurtarıb və II blits matçında çıxışını davam etdirməyə nail olub.

Qeyd edək ki, blits oyunda həmyerlimiz 1:0 hesabı ilə öndə olsa da, sonda 1,5:2,5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.