17:58 10-05-2011
news_image
1038
DİGƏR NÖVLƏR

Belçikalı velosipedçi yarış zamanı öldü

Məşhur “Ciro d’İtaliya” çoxgünlük velosiped yürüşü faciə ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Leopard-Trek” klubunun üzvü Vouter Veylandt yürüşün 3-cü mərhələsi zamanı vəfat edib. Yürüş vaxtı yıxılan idmançı ağır zədədən dünyasını dəyişib.

Faciə üzündən yürüşün bu gün keçiriləcək 4-cü mərhələsinin nəticələri ümumi hesaba alınmayacaq. Buna mərhum belçikalının klubu səbəb olub.

Əvvəl yarışda mübarizəni dayandıran “Leopard-Trek” 4-cü mərhələyə qatılmadıqdan sonra fikrini dəyişib. Onlar 26 yaşlı velosipedçinin xatirəsi üçün sonadək vuruşmağa qərar veriblər. Bu üzdən də onların iştirak etmədiyi mərhələnin nəticələri ümumi hesaba daxil edilməyəcək.