11:46 11-05-2011
news_image
1170
DÖYÜŞ NÖVLƏRİ

Milli komandamız üçün “Mavi Şəhərcik”

Boks üzrə Azərbaycan milli komandası Rusiyanın Kislovodsk şəhərinə təlim-məşq toplanışına yollanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, komandamız orada Rusiya yığması ilə birgə ümumi fiziki hazırlıq prosesi keçiriləcək.

Şimali Qafqaza “Ən güclülərin seçmə yarışı”nda 1-ci yeri tutan idmançılar gedib. Kislavodsk toplanışından sonra boksçularımız Moskva ətrafında yerləşən Çexov şəhərindəki “Mavi Şəhərcik” bazasında Rusiya idmançıları ilə sınaq döyüşləri keçirəcəklər.

Milli komandamızın 2 nömrələri isə mayın 16-da İtaliyaya səfər edəcəklər. Sardiniya adasında İtaliya milli komandası başda olmaqla, bir neçə ölkənin dəri əlcək ustaları hazırlıq keçəcəklər.

Qeyd edək ki, komandamız iyunun 14-də Ankarada start götürəcək Avropa çempionatına hazırlaşır.