23:01 11-05-2011
news_image
921
DİGƏR NÖVLƏR

Olimpiya mükafatçımız ABŞ-a getdi

Sabah ABŞ-ın Fort Benninq şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

70 ölkənin təmsilçisinin qatılacağı yarışda yığmamızın üzvlərindən – Afina olimpiadasının mükafatçısı İradə Aşumova və Ruslan Lunyov hədəf önünə keçəcəklər.

Dünya Kubokuna mayın 23-də yekun vurulacaq.