09:08 12-05-2011
news_image
1061
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı boksçu gürcü rəqibini nokauta saldı

Bakı İdman Sarayında keçirilən mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə 24 idmançımız rinqə çıxıb.

Onların yarısı – 12-si döyüşü qələbə ilə başa vurub. Malik Muradov, Nəsrəddin Məmmədov, Nadir Haqverdiyev, Ceyhun İbrahimli (hamısı 52 kq), Peyman Yusifli, İman Əhmədli (hər ikisi 54 kq), Nicat Şərifxanov, Nurlan Haciyev (hər ikisi 57 kq), Əli Həsənov (63 kq), Orxan Mayıllı (70 kq), Məhəmməd Tahirov və Sadiq Səmədov (hər ikisi +80 kq) növbəti mərhələyə vəsiqə qazanıblar. Boksçularımızdan Məhəmməd Tahirov Gürcüstan nümayəndəsi David Purtsaladzeni nokauta salıb. Bundan başqa, Kayirgeldi Dayutbek, Didar Tulegen (hər ikisi Qazaxıstan) və Ravil Axmetov da (Ukrayna) böyük üstünlüklə qalib gəliblər.

13 çəki dərəcəsində keçirilən yarışa mayın 14-də yekun vurulacaq.

Qeyd edək ki, yarışda 141 yeniyetmə boksçu mübarizə aparır.