09:16 13-05-2011
news_image
1069
DİGƏR NÖVLƏR

“Vudi” idmançımıza qızıl, “Bill Klinton” isə bürünc qazandırdı - FOTO

“Sərhədçi” Atçılıq Mərkəzində start götürən atçılığın konkur növü üzrə CSI3*-W kateqoriyalı “Bahar Kuboku” beynəlxalq turnirdə ilk günün qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, açılış yarışının (maneələrin maksimal hündürlüyü 145 sm) qalibi milli komandamızın lideri Camal Rəhimov olub.

O, “Vudi” ləqəbli atla qızıl medala sahib olub. Rəhimov, həmçinin “Bill Klinton” ləqəbli atla III yeri də tutub. Gümüş mükafat isə yığmamızın digər üzvü - Patrik MakEntiyə qismət olub.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Polşa çaparlarının qatıldığı turnirdə bu gün vaxta qarşı yarışlar (maneələrin maksimal hündürlüyü 145 sm), sabah isə Gran-pri final yarışları təşkil olunacaq (maneələrin maksimal hündürlüyü 140-160 sm). Turnirin ümumi mükafat fondu 156 min dollardır.