17:36 16-05-2011
news_image
1270
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen Vüqar Həşimova rəqib oldu

İyulun 18-29-da İsveçrənin Bill şəhərində beynəlxalq şahmat turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı son zamanlar milli komandadan ayrı düşən Vüqar Həşimov təmsil edəcək.

Turnirə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Maksim Vaşyer-Laqrav (Fransa), Fabiano Karuana (İtaliya), Yannik Peletye (İsveçrə) və Aleksandr Morozeviç (Rusiya) dəvət alıblar.

Yarış dairəvi sistem üzrə keçiriləcək.