17:48 16-05-2011
news_image
1300
DİGƏR NÖVLƏR

Gəncə şəhər gənclər və idman idarəsinin rəisi vəzifəsindən azad edilib

Gəncə şəhər gənclər və idman idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib. Gəncə şəhər Gənclər və İdman İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, idarənin rəisi vəzifəsində çalışan Möhsüm Hüseynov şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə tutduğu vəzifədən azad edilərək, 1 saylı Futbol Təmayüllü Gimnaziyanın direktoru vəzifəsinə təyin edilib. Gənclər və idman İdarəsinə isə hələlik yeni rəis təyin edilməyib.

Qeyd edək ki, Möhsüm Hüseynov 5 il idi gənclər və idman idarəsinin rəisi vəzifəsində çalışırdı.