10:06 17-05-2011
news_image
965
DİGƏR NÖVLƏR

Hədəfdən yayındılar

ABŞ-ın Fort Benninq şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, London 2012-yə lisenziya xarakterli yarışın ilk günündə Azərbaycan milli komandasının 2 snayperi hədəf önünə keçib.

Lakin hər 2 idmançımızın çıxışı uğursuz olub. Belə ki, 10 m məsafəyə atəş açmaqda İradə Aşumova 50-ci, Nigar Bağırova 52-ci yeri tutublar.

Qeyd edək ki, mayın 23-nə kimi keçiriləcək yarışda milli komandamızın üzvləri çıxışlarını davam etdirirlər.