10:41 18-05-2011
news_image
1702
DİGƏR NÖVLƏR

“Sekslə məşğul olduqdan sonra hər şey qaydasına düşür”

“Formula-1” yarışlarının aparıcı pilotlarından Felipe Massa uğurlu çıxışının səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Ferrari” pilotu bunu yarışlara çıxmazdan öncə sekslə məşğul olması ilə əlaqələndirib.

Massa bildirib ki, mərhələ yarışları bazar günləri keçirildiyindən şənbə günləri yalnız gününü gözəl xanımlarla keçirir. 30 yaşlı təcrübəli pilotun sözlərinə görə, sekslə məşğul olduğu halda, özünü daha gümrah hiss edir: “Sekslə məşğul olduqdan sonra hər şey qaydasına düşür. Bu halda, həmçinin maşını daha sürətlə sürürəm”.

Qeyd edək ki, Massa 2009-cu ildə qəza keçirdikdən sonra hələ əvvəlki formasını bərpa edə bilməyib.