14:36 18-05-2011
news_image
1016
DİGƏR NÖVLƏR

Ənənə davam edir: “50-lik” əlçatmazdır!

ABŞ-ın Fort Benninq şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, London 2012-yə lisenziya xarakterli yarışın II günündə Azərbaycan milli komandasının daha 1 snayperi dəqiqliyini yoxlayıb.

Lakin 10 m məsafəyə atəş açmaqda hədəf önünə keçən Ruslan Lunyov “ənənəsinə” sadiq qalıb. O, 572 xal toplayıb ki, bu da 57-ci yerdə qərarlaşmasına imkan verib.

Qeyd edək ki, Lunyovdan öncə qadınlar arasında eyni məsafəyə atəş açmaqda İradə Aşumova 50-ci, Nigar Bağırova 52-ci olmuşdular. Mayın 23-nə kimi keçiriləcək yarışda milli komandamızın üzvləri çıxışlarını davam etdirirlər.