09:16 19-05-2011
news_image
1086
STOLÜSTÜ OYUNLAR

Milli komandamızın Tiflis fiaskosu

Gürcüstanın paytaxtı Tiflisdə qadınlar arasında şahmat üzrə keçirilən şəxsi Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 14 şahmatçı ilə qatılan Azərbaycan milli komandası uğursuzluqla üzləşib.

Belə ki, xanım zəka sahiblərimizdən ən yaxşı nəticəni Xəyalə Abdulla göstərib ki, o da 7 xalla 26-cı olmağı bacarıb. Digər şahmatçılarımız - Nərmin Kazımova 39-cu (6 xal), Zeynəb Məmmədyarova 56-cı (6 xal), Xəyalə İsgəndərova 58-ci (5,5 xal), Nərmin Xələfova 68-ci (5,5 xal), Səbinə İbrahimova 78-ci (5 xal), Gülnar Məmmədova 85-ci (5 xal), Aysel Məmmədova 94-cü (4,5 xal), Türkan Məmmədyarova 98-ci (4,5 xal), Nərgiz Umudova 102-ci (4,5 xal), Səbinə Quliyeva 105-ci (4,5 xal), Turan Əsgərova 110-cu (4 xal), Ülviyyə Fətəliyeva 119-cu (3,5 xal) və Nərmin Soyunlu 128-ci (2,5 xal) yeri tutublar.

Qeyd edək ki, 26 ölkədən 130 şahmatçının iştirak etdiyi Avropa çempionatının qalibi adını litvalı Viktoriya Çmilite qazanıb. O, 11 görüşdən 9 xal toplayıb.