08:12 20-05-2011
news_image
1186
DİGƏR NÖVLƏR

Millimiz Avropa çempionatına gedir

Mayın 27-dən 29-dək Belarusun paytaxtı Minskdə bədii gimnastika üzrə növbəti Avropa çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, 3 gün davam edəcək turnirdə Azərbaycandan olan gimnastlar da öz bacarıqlarını nümayiş etdirməyə çalışacaqlar.

Fərdi yarışlarda ölkəmizi Avropa çempionu, DÇ-2010-nun mükafatçısı Aliyə Qaryaeva, Anna Qurbanova və Zeynəb Cavadova, eləcə də heyətində Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Baqiyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siana Vasilyevanın yer aldığı "altılıq"dan ibarət qrup hərəkətləri üzrə yığmamız təmsil edəcək.