12:46 20-05-2011
news_image
1705
STOLÜSTÜ OYUNLAR

Ülvi Bacarani “Dünyanın gənc ulduzları”nda III yeri tutdu

Rusiyanın Kirişi şəhərində keçirilən “Dünyanın gənc ulduzları” adlı sayca 9-cu şahmat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu yarış Azərbaycan şahmatçıları üçün uğurlu alınıb.

Belə ki, Azərbaycan, Rusiya, Türkmənistan, Ukrayna və Ermənistandan 12 gənc şahmatçının qatıldığı turnirdə həmyerlimiz Ülvi Bacarani (2437) bürünc medal qazanıb. Beynəlxalq dərəcəli usta 11 turdan 7 xal toplayıb. Yarışda qüvvəsini sınayan digər zəka sahibimiz - Zaur Məmmədov (2379) isə 5 xalla 9-cu olub.