13:18 20-05-2011
news_image

Bakıda taekvondo üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda taekvondo üzrə kişi və qadınlar arasında beynəlxalq yarış keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Dünya Taekvondo Federasiyasının (WTF) təqviminə əsasən mayın 27-28-də təşkil ediləcək “Azerbaijan Open” beynəlxalq turnirində yerli idmançılarla yanaşı, Türkiyə, Fransa, Hindistan, Ukrayna, Rusiya və Gürcüstandan 15-dək komanda iştirak edəcək.

Azərbaycan təşkilatçı ölkə kimi yarışa 5 komanda ilə qatılacaq. Ölkəmiz Azərbaycanın 1-ci və 2-ci seçmə komandaları, eləcə də, “Gömrükçü”, “Neftçi” və FHN-nin idmançıları təmsil edəcəklər. Yarış böyüklərin yaş qrupunda bütün çəki dərəcələri üzrə keçiriləcək.

Qeyd edək ki, turnirin mükafatçıları Dünya Taekvondo Federasiyasının reytinq cədvəlində xallarını artırmaq imkanı əldə edəcəklər. “Azerbaijan Open” beynəlxalq taekvondo turniri paytaxtın “Sərhədçi” Olimpiya Mərkəzində təşkil ediləcək.