14:14 25-05-2011
news_image

“Məhəmmədrəsul Məcidovla görüş həqiqətən də çətin olacaq” - FOTO

“Mən şəxsən onun döyüş üslubu ilə bir o qədər də tanış deyiləm. Lakin əminəm ki, həqiqətən də istedadlıdır”. Apasport.az saytının məlumatına görə, bunu italiyalı boksçu Klemente Russo deyib.

Mayın 28-də Çinin Quyan şəhərində olimpiya lisenziyalı döyüşdə “Baku Fires”in üzvü Məhəmmədrəsul Məcidovun (+91 kq) rəqibi olacaq Russo həlledici görüşə münasibət bildirib: “Məcidov güclü boksçulara qalib gəlib və heç vaxt uduzmayıb. Məndə onun döyüşlərinin videoyazıları var. Lakin onlara baxmamağı üstün tuturam”.

2007-ci ildə dünya çempionu, 1 il sonra Afina-2008-də gümüş medal qazanan İtaliya təmsilçisi döyüşdə yalnız lisenziyaya ümid etdiyini açıqlayıb. Bu il ilk dəfə keçirilən WSB proyektini yüksək qiymətləndirən Klemente bildirib ki, əgər uduzsa belə, mübarizəni həvəskarlar arasında davam etdirəcək: “Başa düşürəm, qalib 20 min ABŞ dolları mükafat alacaq. Lakin mənim üçün əsas lisenziyadır. Bunun üçün hazırlığım üzərində ciddi çalışıram. Çünki əvvəlki döyüşlərlə müqayisədə bu dəfə 2 raund çox döyüşəcəyik. Bu mübarizəyə hazır olmaq istəyirəm. Görüş həqiqətən də çətin olacaq. Lakin mən özümə inanıram. Əgər finalda qalib gəlsəm sonra dincəlmək arzusundayam. Əks təqdirdə Olimpiadaya lisenziya uğrunda digər həvəskarların yarışlarında olduğu kimi mübarizəni davam etdirəcəyəm”.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidovla yanaşı, lisenziya uğrunda Soltan Migitinov da döyüşəcək.