08:32 26-05-2011
news_image

Əli İsmayılov reytinqini qaytarmağa çalışır

Peşəkar boksçumuz Əli İsmayılovun növbəti rəqibi müəyyənləşib. Apasport.az saytına məlumatına görə, ardıcıl son döyüşlərdə uğursuzluğa düçar olan həmyerlimiz ukraynalı Dmitri Kuçerlə münasibətlərinə aydınlıq gətirəcək.

WBO versiyası üzrə keçirilək döyüş reytinq xalını artırmağa hesablanıb. İsmayılov və Kuçer iyunun 11-də Ukraynanın paytaxtında qarşılaşacaqlar. Qalib 8 raundun yekununda müəyyənləşəcək.